Siyəzən rayonunda 200 hektar ərazi yanıb
02 Sentyabr 2010 Cümə Axşamı 22:25
Alovun meşə sahəsinə keçməsinin qarşısı alınıb.
Bu gün saat 15:30 radələrində Siyəzən rayonu Çarxana kəndi ərazisində meşə sahəsinin yaxınlığında yanğın baş verib. Yanğın əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasetmə dəstələri və yerli əhalinin köməyi ilə söndürülüb.
FHN-in Şimal Regional Mərkəzinin rəhbəri Rüfət Qurbanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, alov saat 22 radələrində söndürülsə də, hazırda yanğın baş vermiş ərazilərdə közərmə olduğundan əraziyə əlavə qüvvələr cəlb olunub. Yanğının meşə sahəsinə keçməsinin qarşısı alınsa da, 200 hektar ərazidə kol-kos, otlaq sahələrinin yandığı bildirilir.
Hələlik yanğının hansı səbəbdən baş verməsi də məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: