Şıxəli Qurbanovun vəfatından 44 il ötür
24 May 2011 Çərşənbə Axşamı 06:19
Onun müəmmaı ölümünün üzərindəki sirr pərdəsi hələ də açılmayıb
Şıxəli Qurbanovun adı çəkiləndə mütləq iki məsələ yada düşür: Birincisi, məhz onun sayəsində 40 illik fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində novruz bayramı keçirildi. İkincisi isə novruz bayramından iki ay sonra, mayın 24-də dişini müalicə etdirərkən vurulan iynədən 41 yaşında müəmmalı şəkildə dünyasını dəyişdi. O vaxtdan düz 44 il keçib. Amma o şübhə qalıb.

Deyilənlərə görə o ömür boyu vicdan əzabı çəkib. O vaxt onun haqqında çox şayiələr gəzirdi. Deyirdilər ki, Qurbanov canını tapşırandan sonra həkim pəncərədən qaçıbmış və sonra məlim olub ki, ona sionid turşusu vurublar. Həkim Əliağa Əhmədov isə öz kitabında Qurbanovun anaflatik şok nəticəsində keçindiyini və komissiyanın bunu sübut etdiyini yazıb. Diş həkimi Əliağa Əhmədov artıq həyatda yoxdu.

Amma Şıxəli Qurbanovun yaxın dostu olmuş, mərkəzi komitənin ideologiya şöbəsinin müdiri işləmiş, 4 rayonun katibi vəzifələrində çalışmış Sadıq Murtuzayev deyir ki, Şıxəli Qurbanovun ölümündə qəsd yox, səhlənkarlıq olub. Onun dediyinə görə, Şıxəli Qurbanovla diş həkimi Əliağa Əhmədov dost olublar. O hələ də Şıxəlini Əliağanın öldürdüyünə inanmır:

Adı nə olursa olsun, Şıxəli Qurbanov novruz bayramının badına getmişdi. Sovet rəhbərliyi bayrama dini damğasını vurub onu qadağan etmişdi. Amma ədəbiyyatşünas - alim Şıxəli Qurbanov bayramı yenidən Azərbaycan xalqına qaytardı. Sadıq Murtuzayev deyir ki, o dövrdə bu addım atmaq təhlükəli idi amma heç bir qadağa həmin vaxt mərkəzi komitənin ideoloji məsələlər üzrə müavini olan Şıxəli Qurbanovu niyyətindən döndərə bilməyib. 1967-ci il martın 20-si az qala bütün Bakı qız qalasının ətrafına toplaşıb novruzu bayram elədi. Amma Qurbanovu izahat yazmağa çağırdılar. O da novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut elədi ki, novruz bayramının dinlə əlaqəsi yoxdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar