Şirvanda avtomobil yolu keçən piyadanı vurub. Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, ötən gün saat 20:00 radələrində Sabirabad rayonu Şıxsalahlı kənd sakini, 1989-cu il təvəllüdlü Camal Cəmil oğlu Ağamalıyev idarə etdiyi 90 FE 684 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə Şirvan sakini, Vidadi küçəsi, 3 ünvanında yaşayan, 1949-cu il təvəllüdlü Gülgəz Fətulla qızı Hümbətovanı yolu keçərkən vurub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şirvanda avtomobil piyadanı vurub
63 yaşlı qadın hadisə yerində ölüb.




Şərhlər