Ötən axşam saat 20.00 radələrində Şirvan şəhəri sakini Quliyev Cəlal Səfər oğlunun meyiti yaşadığı evin hamamında aşkarlanıb. Həzi Aslanov küçəsi 26 ünvanında yaşayan Quliyev Cəlalın hamamda çimərkən maye qaz balonundan qazın sızması nəticəsində boğularaq öldüyü bildirilir. Qeyd edək ki, mərhumun meyitini anası aşkarlayıb.
Şirvanda 11-ci sinif şagirdi qaz sızmasından ölüb
Mərhumun meyitini anası aşkarlayıb.




Şərhlər