Şirvan xəstəxanasının baş həkimi və onun həyat yoldaşı avtomobil qəzasında ölüb. DYP-dən verilən məlumata görə, bu gün saat 19.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qızılburun ərazisində Şirvan şəhər xəstəxanasının baş həkimi Murad Salmanov idarə etdiyi “Hyundai” markalı avtomobillə TİR yük avtomobili toqquşub.
Nəticədə baş həkim, 1965-ci il təvəllüdlü Murad Sabir oğlu Salmanov və avtomobildə olan onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Salmanova Kəmalə Zabil qızı hadisə yerində keçiniblər.
Faktla bağlı BDYP araşdırma aparır.
Şirvan xəstəxanasının baş həkimi həlak olub
Murad Salmanovun idarə etdiyi “Hyundai” markalı avtomobil TİR yük avtomobili ilə toqquşub




Şərhlər