Şirvan şəhərində Dalğa restoranı yandı
08 Avqust 2014 Cümə 10:38
Şirvan şəhəri Məmmədəmin Rəsulzadə küçəsində yerləşən Dalğa restoranı külə dönüb
Ötən gecə Şirvan şəhərində yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın şəhərin Məmmədəmin Rəsulzadə küçəsində yerləşən “Dalğa” restoranında qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini Elçin Yavər oğlu Mirzəyevə məxsus restoran anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Şirvan yanğından mühafizə hissəsinin 4 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub. Lakin buna baxmayaraq ümumi sahəsi 160 kvadratmetr olan iaşə obyektinin 120 kvdratmetri içindəki əşyalarla birlikdə yanaraq kül olub. Nəticədə restoran sahibinə xeyli miqdarda ziyan dəyib.

Yanğına səbəb elektrik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar