Şirvan şəhər sakini Çingiz Quliyevdən 0,995 qr tiryək götürülüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Quliyevin öz evində Ramil Paşayevlə birgə tiryəkxana təşkil etmələri müəyyən edilib.
Çingiz Quliyev saxlanılıb və ondan 0,995 qram tiryək götürülüb.
Şirvan şəhər sakini evində tiryəkxana açıb
Polis öz evində tiryəkxana açan şəxsi saxlayıb.




Şərhlər