Şimali Kiprin sabiq prezidentinin vəziyyəti ağırdır
25 May 2011 Çərşənbə 01:12
Həkimlər xəstənin həyatı ilə bağlı riskin davam etdiyini deyir
Şimali Kipr Türkiyə Respublikasının qurucu və sabiq prezidenti Rauf Denktaş səhhətində yaranan problem səbəbilə xəstəxanaya çatdırılıb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Denktaşın beynində laxtalanma səbəbilə damar tıxanıqlığı meydana gəlib. Xəstənin vəziyyəti barədə məlumat verən “Yakın Dopğu” xəstəxanası baş həkiminin müavini professor Erkan Kaptanoğlu aparılan müayinələrdə xəstənin beynində bir miqdar tıxanıqlıq müəyyən edildiyini, müəlicəyə başladıqlarını bildirib. Kaptanoğlu həmçinin xəstənin həyatı ilə bağlı riskin davam etdiyini deyib.
Rauf Denktaşın vəziyyəti barədə mətbuata açıqlama verən “Yakın Doğu” xəstəxanasının həkimi, Kaptanoğlu, “Yakın Doğu” universiteti xəstəxanasının baş həkimi Sevim Erkmen və oğlu Sərdar Denktaş sabiq prezidentin yerli vaxtla 17.30-da (Bakı vaxtıyla 19.30) xsətəxanaya çatdırıldığını, müalicəsinin davam etdiyini bildiriblər.
DOSTLARINLA PAYLAŞ: