Hadisə

Silahlı şəxslər məscidə hücum edib

Naməlum silahlılar məscidin qapısına və minbərinə zərər verib

· Xəbərçi
Silahlı şəxslər məscidə hücum edib
Makedoniyanın Tetova (Qalxandərə) şəhərinin Baniçə kənd məscidi naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə yerinə gedən Tetova polis idarəsinin əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyatlara başlayıb. Qeyd edək ki, naməlum silahlılar məscidin qapısına və minbərinə zərər verib.

Şərhlər