Silahlı basqınçı Bakı aeroportunda tutuldu
08 Oktyabr 2010 Cümə 14:40
O, vətəndaşı hədələyərək külli miqdarda pulunu alıb.
Xırdalan sakini 2009-cu ildə törətdiyi cinayətə görə saxlanılıb. Bu, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. Xırdalan şəhər sakini Razim Hacıyev Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində tutularaq istintaqa təhvil verilib.
O, 2009-cu il dekabrın 7-də Teymur Abduləzizovu tapança ilə hədələyərək əl-qolunu bağlayıb evdən 7.000 manat, 4.000 dollar pul və qızıl əşyaları oğurlamaqda təqsirləndirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: