Sexdə baş verən yanğın nəticəsində gözətçi öldü
28 Dekabr 2011 Çərşənbə 11:07
Hadisə Zaqatalada baş verib.
Bu gecə saat 04.00 radələrində Zaqatala şəhəri Vasif Qurbanov küçəsində baş verən yanğında bir nəfər ölüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın ağac emalı sexinin həyətindəki gözətçi otağında baş verib. Yanğın gözətçi otağını yararsız hala salıb.

Hadisə yerinə gələn Zaqatala Yanğından Mühafizə Hissəsinin (YMH) texnikası və canlı qüvvəsi çətinliklə də olsa yanğının genişlənərək ağac emalı sexinə keçməsinin qarşısını ala və bir müddətdən sonra yanğını söndürə bilib.

Yanğın söndürüldükdən sonra otaqda sexin gözətçisi Zaqatala şəhər sakini, 1955-ci il təvəllüdlü Kamal Nuh oğlu Osmanovun cəsədi aşkar edilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar