Sevgilisinin dodağını dişləyən qız həbs olunub
08 Yanvar 2010 Cümə 19:40
Sevgilisinin dodağını dişləyən qız həbs olunub. Hadisə Texas ştatında baş verib.
Texasda Yeni il gecəsi iki sevgili bir-biri ilə öpüşmək istəyi onlar üçün pis nəticələnib. Belə ki, Dallas sakini olan qız həbsxanaya, oğlan isə xəstəxanaya üz tutmalı olub.
Yerli polisin bildirdiyinə görə, Kerri Lin Smit oğlan dostunun üst dodağını dişləyərək onun üstünə qışqırmağa başlayıb. Oğlan isə “911” Xidmətinə zəng vuraraq ona hücum olması barədə məlumat verib.
Polislər qızın nə üçün oğlan dostunu dişlədiyini hələ də, müəyyən edə bilməyib. Hüquq-mühafizə işçiləri hadisə yerinə gələn zaman oğlanın dodağı yerdə olub.
Yaxınlıqdakı xəstəxanada oğlana tibbi yardım göstərilib, Kerri Lin Smit isə məişət zorakılığında ittiham olunaraq həbs edilib. Lakin oğlan sevgilisinə qarşı qaldırılan ittihamı dəstəkləməkdən imtina edib.
Xatırladaq ki, bu cütlüyün iki yaşlı bir oğlu var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: