Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə 7 qumbara atıldı
13 Aprel 2011 Çərşənbə 12:50
Digər məlumatlara görə isə binaya yandırıcı qatışıqlı şüşələr atılıb
İranyönlü “Basic” hərəkatının üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına 6-7 yandırıcı qatışıqlı şüşə atıblar. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə “Əl-Ərabiyyə” telekanalı məlumat yayıb.
Yarırəsmi İran telekanalı FARS isə xəbər verir ki, etirazçılar səfirlik binasına 6-7 qumbara atıblar.
İranın dövlət agentliyi İRNA hadisə yerindən kadrlar nümayiş etdirib. Kadrlardan görünür ki, Səudiyyə Ərəbistanı diplomatik missiyasının qarşısında təhlükəsizlik qüvvələri əməkdaşları İran hökumətinin regionda baş verən hadisələrlə bağlı tutduğu mövqeyinə dəstək nümayiş etdirən mitinqçilərə heç bir reaksiya vermirlər.
FARS-ın məlumatına görə, bir neçə etirazçı səfirlik binasının üstünə “Hizbullah” və Livan bayraqlarını qaldırmağa cəhd etsələr də, polis buna imkan verməyib.
DOSTLARINLA PAYLAŞ: