Sərxoş sürücü ana və oğlunu vurdu
16 Mart 2011 Çərşənbə 14:04
Hadisə Gəncə şəhərində baş verib
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə martın 14-də qeydə alınıb.

Şəhər sakini Nəzakət Sadıxova sərxoş halda idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmyerliləri Marina Qarazadəni və onun oğlu Kamranı vurub. Nəticədə xəsarət alan M.Qarazadə və Kamran xəstəxanaya yerləşdiriliblər. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, Kamran martın 15-də orada ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar