Sərnişin avtobusu piyadanı vurub öldürdü
    10 Dekabr 2010 Cümə 10:45
    Hadisə Xətai rayonunda baş verib
    
                	 
    
         Bakının Xətai rayonunda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Ppolis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən saat 16.00 radələrində Yusif Səfərov küçəsi 27 ünvanında Böyüş Şor qəsəbəsində yaşayan Gürcüstan vətəndaşı 56 yaşlı Səməd Veysəl oğlu Səmədov idarə etdiyi “MAN” markalı 10-FT-848 dövlət nömrə nişanlı, 239 saylı sərnişin avtobusu ilə yolu keçmək istəyən piyadanı vurub. Nəticədə xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Neftçala rayonunun Qoltuq kənd sakini 24 yaşlı Ağamirzə Müseyib oğlu Məhərrəmov həkimlərin bütün müdaxiləsinə baxmayaraq, saat 22.15 radələrində orada ölüb. 
 
 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 
DOSTLARINLA PAYLAŞ: