Hadisə

Sərnişin avtobusu ilə minik avtomobilləri toqquşdu

Sərnişin avtobusu ilə minik avtomobilləri toqquşdu. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

· Xəbərçi
Sərnişin avtobusu ilə minik avtomobilləri toqquşdu
Bakı şəhərində sərnişin avtobusu ilə iki minik avtomobili toqquşub. Hadisə Səbail rayonu ərazisində baş verib.

Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 288 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu qarşıdan gələn minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən həmin maşın digər avtomobilə dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.

Faktla bağlı Səbail rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS

Şərhlər