Sərhəd Xidmətinin mayoru özünü güllələyib
10 Mart 2011 Cümə Axşamı 19:51
Hadisə Cəlilabad rayonunda baş verib
Dövlət Sərhəd Xidmətinin (DSX) cənub bölgəsində yerləşən Sərhəd Zastavasında ölüm hadisəsi baş verib. Bu barədə Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından bildirilib.
Hadisə DSX-nın Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki Sərhəd Zastavasında martın 9-da qeydə alınıb. Zastavada xidmət edən zabit, mayor Raqif Qəniyev tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb.
Hadisənin baş vermə səbəbləri məlum deyil. DSX-nin Mətbuat Mərkəzindən isə bildirilib ki, mayor Raqif Balakişi oğlu Qəniyev odlu silahla davranış zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində aldığı güllə yarasından martın 9-da vəfat edib. Faktla bağlı Lənkəran Hərbi prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
DOSTLARINLA PAYLAŞ: