Hadisə

Serbiyada aksiya zamanı 30-dan çox insan xəsarət alıb

Ölkədə hərbi cinayətlərdə ittiham olunan Ratko Mladiçin həbsinə etiraz aksiyası keçirilib

· Xəbərçi
Serbiyada aksiya zamanı 30-dan çox insan xəsarət alıb
Serbiyada müsəlmanlara qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan Ratko Mladiçin 16 ildən sonra həbsinə etiraz olaraq mitinq keçirilib. Mitinqdən sonra qarşıdurma baş verib. Bir neçə min nəfərin iştirak etdiyi nümayişdə təşkilatçılar mitinqi dinc təşkil etməyə çağırmalarına baxmayaraq, gənclər qonşu küçələrdəki xarici səfirlik binalarına tərəf, o cümlədən Türkiyə səfirliyinə tərəf yürüş ediblər.

Lakin polis onların qarşısını ala bilib. Aksiya iştirakçıları polisə daş və şüşə qablar atıblar. Aksiya iştirakçılarını sakitləşdirmək üçün din adamları da məsələyə qarışıb. Polis isə öz növbəsində aksiya iştirakçılarına qarşı dəyənəklərdən istifadə edib. Hadisə nəticəsində 30-dan çox adam xəsarət alıb.

Şərhlər