Hadisə

Şəmkirdə ev yandı, 15 yaşlı gənc boğuldu

Evin yanar konstruksiyaları və oradakı əşyaları da yanıb.

· Xəbərçi
Şəmkirdə ev yandı, 15 yaşlı gənc boğuldu
Şəmkirdə fərdi evdə yanğın nəticəsində 15 yaşlı gənc dünyasını dəyişib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Şəmkir rayonunun Şiştəpə kəndində, kənd sakini Arifə Aslanovaya məxsus evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Ev sahibəsinin oğlu 15 yaşlı Orxan Aslanov isə tüstüdən boğularaq ölüb.

Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır.

Şərhlər