Hadisə

Şəmkirdə 11-ci sinif şagirdi qətlə yetirilib

İki gənc arasında yaranmış mübahisə qanla nəticələnib

· Xəbərçi
Şəmkirdə 11-ci sinif şagirdi qətlə yetirilib
Şəmkir rayonunun Düyərli kəndində 11-ci sinif şagirdi bıçaqla qətlə yetirilib. Axşam saatlarında baş vermiş hadisəyə iki gəncin arasında yaranmış mübahisə zəmin yaradıb. 17 yaşlı 11-ci sinif şagirdi Səid Allahverdiyev rayonun Zəyəm Cırdaxan kənd sakini, 21 yaşlı Elnur Nəsibov tərəfindən bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.

Şərhlər