Bu gecə Şəki şəhərində silahlı basqın olub. Basqın rayonun Bolludərə kəndində kənd sakini Füzuli Allməmmədovun evinə edilib. Bu barədə ANS PRESS-ə məlumatı ev sahibinin qardaşı verib. Basqın gecə saat 03:00 radələrində baş verib. Basqınçıların 6 nəfər olduqları bildirilir.
Basqın zamanı evdə Füzuli Alməmmədov və onun həyat yoldaşı Ofelya Alməmmədova ilə yanaşı onların 2 övladıda olub. Hadisə zamanı naməlum şəxslər ev sahiblərini döyərək, 5000 manat pul və qızıl əşyaları aparıblar.
Yaralılar Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxananın cərrahiyyə şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Füzuli və Ofeliya Alməmmədovalar kəllə-beyin travmaları alıblar.
Hadisə yerində araşdırma aparan müstəntiq Müşfiq Qasımov da ANS PRESS-ə faktı təsdiq edib. ANSPRESS
Şəkidə silahlı basqın olub
Şəkidə silahlı basqın olub. Bu gecə Bolludərə kənd sakinin evinə girən naməlum şəxslər ev sahiblərini döyərək, külli miqdarda pul oğurlayıblar.




Şərhlər