Şəkidə hərbi qulluqçu özünü asdı
19 İyun 2011 Bazar 12:29
Mərhumun 2 uşaq atası olduğu bildirilir.
Bu gün səhər saatlarında Şəki şəhərində intihar hadisəsi baş verib. Şəki şəhər Prokurorluğunun müstəntiqi Təbriz Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, 2 uşaq atası 1983-cü il təvəllüdlü hərbçi Anar Məhərrəmov özünü yaşadığı evin həyətindən asıb.

“Bizə bu barədə səhər məlumat verilib. Anar Məhərrəmov N saylı hərbi hissədə xidmət aparırdı, hərbi qulluqçu idi. İntiharın səbəbləri araşdırılır. Mərhum evlidir və 2 azyaşlı uşağı var”, - deyə Təbriz Qurbanov qeyd edib.

O bildirib ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi açılıb, istintaq gedir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar