Hadisə

Şəkidə dünyaya uşaq gətirən ana öldü

Əməliyyat nəticəsində körpə xilas edilsə də, ananı xilas etmək mümkün olmayıb

· Xəbərçi
Şəkidə dünyaya uşaq gətirən ana öldü
Şəkidə ana ölümülə nəticələnən doğum hadisəsi qeydə alınıb. milli.az-ın verdiyi məlumata görə, ötən gün saat 18:00-da qeydə alınan doğuş zamanı Aygün Sadıqova adlı ana tələf olsa da, körpə yaşayır. Mərhumun yaxınları A.Sadıqovanın 29-30 yaşlarında olduğunu bildiriblər. Onların sözlərinə görə, doğuş əməliyyatla həyata keçirilib. Əməliyyat nəticəsində körpə xilas edilsə də, ananı xilas etmək mümkün olmayıb. Ananın huşsuzlaşdırıcı dərmanlardan sonra ayılmadığı söylənilir. Lakin rəsmi tərəfdən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, hadisənin təfərrüatları barədə məlumatları isə təqdim edəcəyik.

Şərhlər