Şəkidə dəhşətli cinayət törədilib. Bu barədə APA-nın yerli bürosuna Şəki Rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə ötən gecə Şəki sakini Gülbahar Həşimovaya məxsus yaşayış evində qeydə alınıb. Gülbahar Həşimova, onun övladları - 21 yaşlı Pərviz Həşimov, 25 yaşlı Pərvanə Həşimova, kürəkəni, 25 yaşlı Natiq Mahmudov və hadisə baş verən zaman evdə olan 42 yaşlı Natiq Məmmədov bıçaq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Şəkidə bir ailənin 5 üzvü bıçaqlanıb
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil




Şərhlər