Şəkidə 2 yaşlı uşaq naməlum səbəbdən ölüb
13 İyul 2011 Çərşənbə 11:09
Şəkidə xəstəxanada müalicə edilən 2 yaşlı uşaq naməlum səbəbdən ölüb. Valideynlər həkimi ittiham edirlər.
Şəkidə iki yaşlı uşaq naməlum səbəbdən dünyasını dəyişib. Yasin Hüseynov Şəki şəhər Birləşmiş Xəstəxanasında müalicə edilən zaman ölüb. Körpənin valideynləri Sevinc və Azər Hüseynovlar yeganə övladlarının ölümündə xəstəxananın həkimlərini günahlandırırlar.
Körpəni müalicə edən həkiminin sözlərinə görə, bir neçə gün davam edən müalicədən sonra uşağın vəziyyəti yaxşılaşıb və onun vəziyyətinin birdən-birə dəyişilməsinin səbəbi ona da aydın deyil. İynə vurulduqdan sonra halı dəyişən Yasini müayinə edən növbətçi həkim Aydın Qazıyev uşaqda kəskin qıcolmalar müşahidə olunduğunu deyib.
Hələlik balaca Yasinin ölümünün səbəbi qaranlıq qalsa da, yeganə övladlarını itirən valideynlər məhkəməyə müraciət edərək, körpənin cəsədinin məhkəmə tibbi ekspertiza tərəfindən müayinə olunmasını tələb edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: