Hadisə

Şəki şəhərində zibillikdən yeni doğulmuş körpə tapılıb

Şəki rayonunda zibillikdən körpə uşaq tapılıb. Şəki Mərkəzi Şəhər Xəstəxanasının Doğum Evindən APA-nın yerli bürosuna verilən məlumata görə, uşaq Şəki şəhəri Bağbanlar küçəsindəki zibillikdə karton qutunun içərisində aşkarlanıb.

· Xəbərçi
Şəki şəhərində zibillikdən yeni doğulmuş körpə tapılıb
Onun yeni doğulmuş qız olduğu bildirilib. Uşağı Şəki şəhər sakinlərindən biri aşkar edib və bu barədə Şəki rayon Polis Şöbəsinə müraciət edib. Uşaq Doğum Evinə verilib. Uşağın Doğum Evinə verilən zaman ağır vəziyyətdə olduğu bildirilib. Həkimlərinin səyi nəticəsində körpənin vəziyyəti stabilləşməyə doğru gedir.
Şəki şəhər ProkUrorluğunda körpənin valideynlərinin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır. APA

Şərhlər