Şəhid olan əsgərimizin meyiti hələ də təmas xəttindədir
21 İyun 2010 Bazar Ertəsi 21:15
Mübariz İbrahimovun meyiti ailəsinə təhvil verilməyib.
İyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun meyiti hələ də təmas xəttindədir. Şəhidin meyidi hələ ailəsinə təhvil verilməyib. Bu barədə ANS-ə mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Mübariz İbrahimov 2006-ci ildə Biləsuvar rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. 2009-cu ildə daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirib.

Xatırladaq ki, bu gecə erməni silahli birləşmələri yenidən Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında hücuma keçib. Azərbaycan Silahlı Qüvvələri bu dəfə də ermənilərin hücumunu dəf edib. Erməni tərəfi itki verərək geri oturdulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş zamanı Azərbaycan ordusu da itki verib. 1991-ci il təvəllüdlü, 2009-cu ilin yanvarında Cəlilabad rayon hərbi komissarlığından çağırılan əsgər Şükürov Elgün Rafiq oğlu şəhid olub. Şəhid əsgər bu gün anadan olduğu Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub. Dəfn mərasimində Cəlilabad rayon İcra Hakimiyyəti, hərbi komissarlıq, hüquq-mühafizə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar