Göyçay rayonunun Veysəlli kəndində yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə saat 21:00 radələrində kənd sakini, şəhid atası Mehdiqulu Quliyevə məxsus mal-qara tövləsində yanğın olub. Hadisə yerinə Göyçay yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı tövlə və onun damındakı 50 bağ ot yansa da, mal-qara, eləcə də yaxınlıqdakı ev alovdan mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şəhid ailəsinə məxsus əmlak yanıb
Hadisə Göyçayda baş verib.




Şərhlər