Hadisə

Saxta pul kəsən şəbəkə həbs olundu

Saxta pulu hazırlayan 3 bolqar, 2 azərbaycanlı və 1 kamerunlu həbs olunub

· Xəbərçi
Saxta pul kəsən şəbəkə həbs olundu
Almaniyanın Bavyera əyaləti asayiş polisi 300 000 avro saxta pulu ələ keçirib. Saxta pulun çox keyfiyyətli hazırlandığını bildirən polis bunun normal yoxlama vaxtı müəyyən olunmasının mümkün olmadığını deyib. Qeyd edək ki, şəbəkə hazırladığı saxta pulu Şveynfurt şəhərində dövriyyəyə buraxmaq istəyirmiş. Məhkəməyə çıxarılan 3 bolqar, 2 azərbaycanlı və 1 kamerunludan ibarət olan 6 şəbəkə üzvü barəsində həbs qərarı verilib.

Şərhlər