Saxta MTN polkovniki yaxalanıb
19 May 2011 Cümə Axşamı 06:10
Törətdiyi əməli etiraf edən şübhəlinin daha əvvəl başqa şəxsləri aldatmış ola biləcəyi istisna edilmir
Nizami rayon polis idarəsi əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1962-ci il təvəllüdlü Əliyev Əlixan Abdulla oğlunu həbs edib. Polislər Əlixanı Nizami rayonu ərazisində vətəndaşların etimadından sui istifadə edərək onların pullarını mənimsədiyinə görə saxlayıb. Belə ki, Əlixan əliyev 15 oktyabr 2010-cu il tarixində özünü milli təhlükəsizlik nazirliyinin polkovniki kimi təqdim edərək, vətəndaş Qadir Əliyevin 4 min manatdan çox pulunu mənimsəyib. Əlixan Əliyev zərərçəkəndən pulları onun qızını ali məktəblərdən birinə düzəltmək adı ilə alıb. Bir müddətdən sonra Əlixan tərəfindən aldadıldığını başa düşən Qadir Əliyev bu barədə nizami rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, əlixanın şirin dilinə aldanaraq ona inan tək qadir əliyev deyilmiş.

Nizami RPİ-nin müstəntiqi Bakır Məmmədov şübhəlinin daha əvvəl də eyni üsulla müxtəlif insanlardan pul aldığını deyib. “Əliyev Əlixan, 2 dekabr 2010-cu ildə eyni üsulla özünü MTN-nin polkovniki kimi təqdim edərək Əliyv Fərhad Bayraməli oğlunun kürəkənini dövlət Miqrasiya Xidmətinə işə düzəltmək adı ilə aldadıb və onun 10 000 manat pulunu mənimsəyib”.

Qeyd edək ki, Əlixan Əliyev istintaqa ifadə vermək üçün dəfələrlə idarəyə dəvət olunsa da, o buna əhəmiyyət verməyib. 25-ci polis bölməsinin əməkdaşları Əlixanın evinə gedərək onu yaşadığı ünvanda ələ keçiriblər. İlk dindirmə zamanı saxlanılan şəxsin etirafedici ifadə verməsi polislərin işini yüngülləşdirib: “Səhv etmişəm, böyük səhv etmişəm. Əliyev Fərhaddan 10 000, Əliyev Qadirdən 4 000 manat almışam. O vaxt bir yerdə işləmişik.üzr isdiyirəm qaytaracam pullarını”.

Nizami RPİ-nin müstəntiqi Bakır Məmmədov onun başqa şəxsləri də aldatmış ola biləcəyini istisna etməyib.

Faktla bağlı Əlixan Əliyev barəsində cinayət məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Əlixan Əliyevin əmməllərindən ziyan çəkən şəxslər varsa, bu barədə Nizami rayon polis idarəsi və ya yaxınlıqdakı hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar