Satıcı qız özünü mağazada öldürdü
08 Sentyabr 2010 Çərşənbə 14:40
Satıcı qız özünü mağazada öldürdü. Hadisənin səbəbi dəqiqləşdirilir.
Şirvan rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, şəhər sakini 17 yaşlı Flora Məmmədova özünü zəhərləyərək öldürüb.

Hadisə dünən səhər saatlarında Şirvan şəhər mərkəzində yerləşən "Alyona" sənaye malları mağazasında baş verib. Həmin mağazada satıcı işləyən F.Məmmədova səhər işə gəlib və işçilərin yanında sirkə turşusunu başına çəkib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bu gecə dünyasını dəyişib.

Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun çox kasıb ailənin qızı olduğu bildirilir.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar