Satanistlər dəhşətli qətl törədiblər
21 Dekabr 2009 Bazar Ertəsi 17:15
Satanistlər dəhşətli qətl törədiblər. Hadisə Rusiyada baş verib.
Rusiyanın Sverdlovsk vilayətində üç yeniyetmə dini mərasimlə əlaqədar qətl törədib.
Krasnoufimsk şəhərindən olan 18 yaşlı Aleksandr Bryuxov, onun 17 yaşlı dostu və 15 yaşlı rəfiqəsi bir müddət əvvəl “Qotlar” Gənclər Hərəkatına qatılıblar. Daha sonra onlar İblisin mövcudluğuna inam və qurbankəsmə vasitəsilə onun himayəsinə düşmək mümkünlüyünü nəzərdə tutan “Satanizm” dini-mistik cərəyanına qoşulublar.
Belə ki, 2009-cu ilin martında onlar Uzaq Şərqə səyahət etmək qərarına gəliblər. Yeniyetmələr Kuril adalarından birində yerləşməyi planlaşdırıblar. Valideynlərindən 34 min rubl oğurlayan “satanistlər” qara paltarlara bürünərək səfərə çıxıblar.
Onlar Krasnoyarsk dairəsinin Nijniy İnqaş qəsəbəsində Xarlov adlı yerli sakinlə tanış olaraq onun dostu Çesnokovun evində içki qəbul etməyə yollanıblar. "Satanistlər" burada əvvəllər planlaşdırdıqları qətli həyata keçirmək qərarına gəliblər. Bunun üçün onlar süni şəkildə qısqanclıq səhnəsi uydurublar. Eyni zamanda qız açıq hərəkətləri ilə Xarlovu özünə cəlb edib. Onlar sərxoş kişini bayıra çıxardaraq ona 50-dən artıq sınıq və kəsik xəsarəti yetiriblər. Daha sonra isə onun kürəyində “S” hərfi və çevrilmiş xaç ilə pentoqram cızıblar. O, nəticədə qanitirmə və travmatik şokdan vəfat edib.
Prokurorluğun məlumatına görə, saxlanılanların hər üçünün ağılı başında olub. Dairə məhkəməsi Bryuxovu 16 il ciddi rejimli, ikinci iştirakçını 10 il, qızı isə 9,6 il müddətinə azadlıqdan məhrum edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: