Hadisə

Sarısu gölünün ətrafındakı bənd yuyulub

İmişlinin iki kəndin yaxınlığındakı ərazilər sel suları ilə dolub.

· Xəbərçi
Sarısu gölünün ətrafındakı bənd yuyulub
Bu gecə Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində su sahil mühafizə bəndinin bir hissəni yuyub. Bu barədə Fövqəladə Hallar Nazirliyin məlumat yayıb.

Nəticədə rayonun Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolub.
Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür. ANSPRESS

Şərhlər