Saqqızla aldadılan azyaşlı zorlanaraq hamilə qaldı
    11 Yanvar 2010 Bazar Ertəsi 02:00
    Hadisə, zərərçəkmiş 11 yaşında ikən baş verib
    
                	 
    
         Türkiyənin Malatya vilayətində saqqızla aldadılıb zorlanan azyaşlı qız hamilə qalıb. Məlumata görə, şəhər sakini 12 yaşlı qızın xəstəliyi səbəbilə aparıldığı xəstəxanada hamilə olduğu aşkarlanıb. Polisin keçirdiyi araşdırma nəticəsində məlum olub ki, zərərçəkmiş hələ 11 yaşında ikən saqqız vədilə ondan yardım istəyən məhəllə sakini tərəfindən zorlanıb. Təcavüçü daha sonra hədələdiyi üçün zərərçəkmiş qorxusundan bu barədə heç kimə məlumat verməyib. Polis hadisəni törədən şəxsin yaxalanması üçün əməliyyata başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: