Samuxda bədbəxt hadisə baş verib
14 Aprel 2009 Çərşənbə Axşamı 14:22
16 yaşlı Binnət Məşdiyevin günəbaxan sahəsini quşlardan qorumaq üçün açdığı atəş Yalçın Məmmədova dəyib

 

Samux rayonunda bədbəxt hadisə baş verib. Samux rayon Polis Şöbəsinin rəis müavini Bahadır Şükürovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün günorta saatlarında rayonun Yuxarı Ağasıbəyli kəndi ərazisindəki günəbaxan sahəsində qeydə alınıb. Belə ki, hərbi xidmətdən yenicə qayıtmış, 1989-cu il təvəlldülü Yalçın Zahid oğlu Məmmədov sahəni quşlardan qorumaq üçün tüfənglə atəş açan 1993-cü il təvəllüdlü Binnət Vüqar oğlu Məşdiyevin ehtiyatsızlığı nəticəsində güllə ilə vurulub. Nəticədə Yalçın Məmmədov ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar aparılır.

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar