Samur-Abşeron kanalından meyit tapılıb
28 Mart 2011 Bazar Ertəsi 20:52
Onun ehtiyatsızlıqdan çaya yıxıldığı ehtiml edilir
Bu gün saat 15:00 radələrində Samur-Abşeron kanalından namuləm kişi meyiti tapılıb. Bu barədə ANS PRESS-in bölgə müxbirinə Quba rayon Polis Şöbəsinin rəis müavini Azər Rzayev məlumat verib. Onun sözlərinə görə, meyit Samur-Abşeron kanalının Qubanın Barlı kəndi ərazisindən keçən hissəsindən tapılıb. Araşdırmalar zamanı məlum olub ki, meyit bir gün əvvəl Qudyalçayın üzərindəki supaylayıcı şəbəkədən keçən körpüdən çaya yıxılmış rayon sakini, 1962-ci il təvəllüdlü Gülbala Xanbala oğlu Əliyevə məxsusdur. Meyit polis əməkdaşlarının köməyi ilə kanaldan çıxarılaraq morqa göndərilib. Tibbi ekspertizadan sonra meyit ailə üzvlərinə təhvil verilib.

Quba rayon prokurorunun köməkçisi Samir İsmayılovun sözlərinə görə, Gülbala Əliyev həmin ərazidə günəmuzd işlərlə məşğul olurmuş. Onun ehtiyatsızlıqdan çaya yıxıldığı ehtiml edilsə də, digər versiyaların da araşdırılması üçün prokurorluqda təhqiqatlara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar