Samur-Abşeron kanalından 10 yaşlı uşaq meyidi tapılıb
21 İyul 2009 Çərşənbə Axşamı 12:50
Cəlal Şirəliyev üç gün əvvəl itkin düşmüşdü

 

İyulun 18-i Samur-Abşeron kanalına düşən uşağın meyidi tapılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, 10 yaşlı Siyəzən rayon sakini Cəlal Şirin oğlu Şirəliyevin meyidi kanalın 92-km də aşkarlanıb.

Siyəzən rayon prokurorunun köməkçisi İlqar Babayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, uşağın cəsədi bu gün səhər saat 09:00-radələrində polislərin köməyi ilə sudan çıxarılıb. İlkin versiya kimi ölümə boğulma səbəb göstərilir. Prokuror köməkçisi uşağın kanalda çimərkən və ya ehtiyatsızlıqdan düşməsi versiyalarının araşdırıldığını bildirib.

İ.Babayev kanal kənarında yaşayan valideynlərə xüsusi ilə yay fəslinin gəlişi ilə bağlı daha da ehtiyatlı olmağı məsləhət görüb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar