Samur-Abşeron su kanalının Quba rayon ərazisindən keçən hissəsində boğulan Quba rayonunun Hacıhüseyn kənd sakini 51 yaşlı Əzizov Nurulla Ağakərim oğlunun meyiti tapılıb. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, kanal suyunu Qusar rayonunun Samur qəsəbəsindən kəsməklə, həmin əraziyə gələn su azalıb. Nəticədə 51 yaşlı Əzizov Nurulla Ağakərim oğlunun cansız meyitini çıxarmaq mümkün olub.
Qeyd edək ki, o, bir gün əvvəl Samur-Abşeron su kanalının rayon ərazisindən keçən hissəsində boğulub. Məlum olub ki, 51 yaşlı Əzizov Nurulla kanaldan təxminən 100 metr aralıda yerləşən bağ sahəsindəki yeni əkilmiş ağaclara su vermək istəyib və bu niyyətlə kanala yaxınlaşıb. Nəticədə Nurulla Əzizov ehtiyatsızlığın qurbanı olaraq kanala yıxılıb. Onun axşam saatlarında evə qayıtmadığını görən ailə üzvləri rayon polis şöbəsinə məlumat veriblər. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb
51 yaşlı Nurulla Əzizov ehtiyatsızlığın qurbanı olub




Şərhlər