Samir Cavadzadənin taleyinə aydınlıq gəldi
30 Sentyabr 2011 Cümə 10:38
Məhkəmə-tibbi ekspertizanın rəyi açıqlandı...
Azərbaycanın "Eurovision-2008" təmsilçisi Samir Cavadzadənin sentyabrın 20-də bıçaqladığı Elvin Hüseynovun xəsarətləri ilə bağlı rəy açıqlanıb. Nəsimi rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ekspert Samir Cavadzadənin 27 yaşlı Elvin Hüseynova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması ilə bağlı rəy verib. Müğənninin yetirdiyi xəsarətlər ağır olduğundan toplanmış materiallar Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Qeyd edək ki, S.Cavadzadə 10 gün əvvəl dostu və otaq yoldaşı Elvin Hüseynova aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaq xəsarəti yetirib. Samir Cavadzadə öncə törətdiyi əməli təkzib etsə də hüquq-mühafizə orqanlarının açıqlamasından sonra əməlini etiraf edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: