Şamaxıda ata qızına hamamda hücum edib
15 İyun 2011 Çərşənbə 10:39
O, internetdə kiminləsə danışan qızına 10 bıçaq zərbəsi endirib.
Şamaxıda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şəhriyar qəsəbə sakini, 1952-ci il təvəllüdlü Valeh Muğbil oğlu Məmmədov dünən yaşadığı evin hamamında qızı, 1979-cu ildə anadan olmuş Günel Məmmədovu bıçaqlayıb. Ata qızının bədəninin müxtəlif nahiyələrindən 10-a yaxın bıçaq zərbəsi endirib. Yaralı təcili olaraq Şamaxı şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Məlumatda bildirilir ki, qızını bıçaqlayan V.Məmmədov saxlanılıb. O, ilkin dindirilmə zamanı hadisəni törətdiyini etiraf edib və qızını öldürmək istədiyini deyib. 59 yaşlı kişi bildirib ki, qızı internetdə kimlərləsə danışırmış və bunu şəxsiyyətinə sığışdırmayıb. Odur ki, Günel ayaqyolundan çıxıb hamamda əllərini yuyarkən ona bıçaqla hücum çəkib.

Qeyd edək ki, G.Məmmədova ailə həyatı qurmayıb. O, Şəhriyar qəsəbəsində yerləşən 1 saylı Musiqi Məktəbində müəllimə işləyirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar