Şamaxı sakini yarımstansiyaya bomba qoyulması barədə xəbər verdi
12 Fevral 2010 Cümə 14:50
Araşdırma zamanı onun ruhi xəstə oldugu üzə çıxıb
Dünən saat 21:30 radələrində FHN-in “112” xidmətinə zəng edərək yalan məlumat verən şəxs yaxalanıb. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zəng edən şəxs “Şamaxı rayonunun Pidrəki dağındakı elektrik yarımstansiyası partladılacaq”, deyərək telefonu söndürüb.
Bu məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmyıb. Daha sonra aparılan araşdırmalar zamanı zəng edilən nömrənin Şamaxı şəhər sakini, ruhi xəstə Rasim Aslanova məxsus olması aşkar edilin.
Faktla bağlı araşdırmalar davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: