Şamaxı sakini həmyerlisinin gözlərini çıxardı
23 Dekabr 2010 Cümə Axşamı 12:05
Yaralı şəxs Bakıya çatdırılıb
Azərbaycanın Şamaxı rayonunda dəhşətli hadisə baş verib. Rayon Polis Şöbəsinin müstəntiqi Amin Piriyev bildirib ki, hadisə dekabrın 22-də saat 17:00 radələrində Şamaxı şəhərindəki 20 Yanvar bağında qeydə alınıb.
Şamaxı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Qalib Gülabbas oğlu Şükürov ilə həmyerlisi, 1968-ci il təvəllüdlü İlqar Rafiq oğlu Rəhimli arasında dava düşüb. Şəxsi münasibətlər zəminində baş verən insident zamanı Q. Şükürov üzərindəki bıçaqla İlqar Rəhimlinin gözlərinə xəsarət yetirib. Aldığı bıçaq zərbələrindən hər iki gözünü itirən və tamamilə kor olan İlqar Rəhimli təcili Bakıya gətirilib.
Qalib Şükürov isə tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: