Salyanda qardaş qətli
13 May 2009 Çərşənbə 14:00
Salyanda qardaş ruhi xəstə olan qardaşını qətlə yetirib. Müzəffər Səfərovun ov tüfəngindən açdığı atəş qardaşı İlqarı öldürüb

Salyan rayonunda qardaş qardaşını qətlə yetirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 12-də saat 15.15 radələrində Salyan rayonunun Sarvan kəndində, kənd sakini Müzəffər Səfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qardaşı, ruhi xəstə İlqara xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ. Səfərov orada ölüb. Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M. Səfərov tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar