Hadisə

Salyanda mağazada partlayış olub

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

· Xəbərçi
Salyanda mağazada partlayış olub
Salyanda mağazada partlayış olub, 3 nəfər xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun 88-ci kilometrliyində, Əlfağa Tağıyevə məxsus mağazada qeydə alınıb. Partlayış nəticəsində Nizami Əliyev və Səxavət Tağıyev adlı şəxslər müxtəlif dərəcəli xəsarət alıb. Hər iki yaralı Salyan rayon xəstəxanasına yerləşdirilib. Daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Partlayışa köhnə qaz xəttindən mağazaya qaz sızması səbəb olub. Partlayış nəticəsində yanğın baş verməyib. Faktla bağlı FHN-nin yerli qurumu tərəfindən araşdırma aparılır.

Şərhlər