Hadisə

Salyanda ata pişik əvəzinə oğlunu güllələdi

Hadisə yerindən ov tüfəngi götürülüb

· Xəbərçi
Salyanda ata pişik əvəzinə oğlunu güllələdi
Salyan rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə rayonun Xalac kəndi ərazisində baş verib.

Kənd sakini Ağabəy Ağayev ov tüfəngindən pişiyə atəş açarkən ehtiyatsızlıqdan oğlu Urfanı yaralayıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Urfan buraxılıb.

Salyan rayon polis şöbəsi əməkdaşları hadisə yerindən 1 ədəd ov tüfəngi götürüb.

Şərhlər