Salyanda ağır yol qəzası; 2 ölü, 6 yaralı
27 Mart 2011 Bazar 20:39
Ələt-Astara magistralının 47-ci kilometrliyində iki “Jiquli” toqquşub.
Bu gün Salyan rayonu ərazisində dəhşətli yol qəzası baş verib, 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, Ələt-Astara magistralının 47-ci kilometrliyində - Salyan rayonu ərazisində, Cəlilabad rayon sakini Seyran Balaş oğlu Əliyevin idarə etdiyi 44 BE 218 dövlət nömrə nişanlı “Jiquli” Bakı sakini Adil Məmmədovun idarə etdiyi, 10 VS 479 dövlət nömrə nişanlı “Jiquli” ilə toqquşub. Hər iki sürücü hadisə yerində ölüb.
Avtomobillərdə olan sərnişinlər - Neftçala sakinləri, 1983-cü il təvəllüdlü Könül Dadaşova, 1983-cü il təvəllüdlü Pərvanə Əhmədova, 2007-ci il təvəllüdlü Natiqə Əhmədova, 1959-cu il təvəllüdlü Mehriban Mehdiyeva, Cəlilabad sakini, 1979-cu il təvəllüdlü Rəqsanə Kərimova və 1968-ci il təvəllüdlü Rüfət Quliyev müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı BDYPİ-nin əməkdaşları araşdırma aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: