Sahil" stansiyasında insident yaşanıb
13 Mart 2012 Çərşənbə Axşamı 16:10
Uşağın ayağı eskalatorun pilləkənləri arasında qalıb.
Bu gün Bakı metropoliteninin “Sahil” stansiyasında xoşagəlməz hadisə baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, stansiyanın platformasından qalxan eskalatorda 4-5 yaşlı uşağın ayağı pilləkənlərin arasında qalıb. Bu zaman uşağın yanındakı ailə üzvləri səs-küy salmağa başlayıblar. Eskalatorun fəaliyyəti dərhal dayandırılıb. Bu zaman isə eskalatordakı insanlar, təxminən 15-20 nəfər bir-birinin üstünə yıxılıb.
Eskalator saxlanıldıqdan sonra uşağın sıxılmış ayağı pilləkənlər arasından çıxarılıb.
Xoşbəxtlikdən azyaşlı ciddi xəsarət almayıb. Bakı metropolitenindən Lent.az-a verilən məlumata görə, stansiyada normal hərəkət bir neçə dəqiqəyə bərpa edilib.
DOSTLARINLA PAYLAŞ: