Bu gün səhər saatlarında Siyəzən rayonu 2 nömrəli məktəbin həyətində bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə 11-ci sinif şagirdləri arasında qeydə alınıb. Siyəzən Rayon Polis Şöbəsinin müstəntiqi Xaləddin Fətəliyevin verdiyi məlumata görə, Ağasüleyman Günəş oğlu Məmmədov Nicat Quliyevə bel və qol nahiyəsindən çoxsaylı zərbələr endirib.
Siyəzən rayon mərkəzi xəstəxanasının baş həkim müavini Mirələm Cəlalov ANS PRESS-ə bildirib ki, bütün lazımi tədbirlər görülüb və xəstənin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır. Ağasüleyman Məmmədov yetkinlik yaşına çatmadığı üçün saxlanılmayıb. /ANS PRESS/