Şagird 10 manata görə 60 yaşlı nənəyə 7 bıçaq vurdu
07 Noyabr 2011 Bazar Ertəsi 12:30
Bayram günü qansız ötüşməyib.
Bakının Suraxanı rayonunda bayram günü dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 3A, mənzil 92-də yaşayan 60 yaşlı Lüdmila Yefremova çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları onun bədənində 7 bıçaq yarası aşkarlayıblar. Məlum olub ki, qətli törədən 17 yaşlı Aleksandr Şakirovdur. Polis əməkdaşları qısa zaman içərisində qətldə şübhəli bilinən A.Şakirovu saxlayıblar. O, dindirmə zamanı mərhumu 10 manat üstündə öldürdüyünü etiraf edib. Deyib ki, L.Yefremova ilə pul üstündə mübahisələri düşüb. Ona görə də onu bıçaqla vurub.

Qonşular isə 11-ci sinif şagirdi olan A.Şakirovu ağıllı və tərbiyəli uşaq kimi tanıdıqlarını, onun belə bir ağır cinayət törətməsinə inanmadıqlarını deyiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar