Şadlıq evinin qarşısında ölüm hadisəsi 
    02 Dekabr 2010 Cümə Axşamı 10:25
    Avtobusun vurduğu Türkiyə vətəndaşı təcili tibbi yardım maşınında keçinib
    
                	 
    
         Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən ANSPRESS-ə verilən məlumata görə, hadisə dekabrın 1-i axşam saat 19 radələrində Q.Qarayev prospektində, “Praqa” şadlıq evinin qarşısında olub. 
 
 Bakı sakini Simaçyov Gennadi idarə etdiyi “Daewoo” markalı, 10-TG-209 dövlət nömrə nişanlı avtobus Türkiyə vətəndaşı 50 yaşlı Mustafa Çətini vurub.Yaralı təcili tibbi yardım stansiyasının maşını iə xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yarı yolda ölüb. 
 
 Hadisənin kimin səhvi ucbatından baş verdiyi hələlik bilinmir. Faktla bağlı araşdırma başlanılıb. 
DOSTLARINLA PAYLAŞ: